UEFA Super Kubokundakı hakim Azərbaycan millisinin oyununda
İdman 02 Okt 2019 14:00:00 387 0
Qadınlardan ibarət Azərbaycan millisinin AVRO-2021-in seçmə mərhələsində səfərdə İspaniya yığması ilə keçirəcəyi oyunu üçün hakim təyinatları açıqlanıb.
Goal.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma İrlandiyadan olan hakimlər briqadasına həvalə olunub. Referi Paula Brediyə yan xətt hakimləri Mişel O Nil və Olivia Sneyd köməklik göstərəcək.
Yan xətt hakimi Mişel O Nil UEFA Super Kubokunda İngiltərənin Liverpool və Chelsea komandaları arasında keçirilən matçda (2:2, pen 5:4) da iş başında olub.
Qeyd edək ki, oktyabrın 4-də La Korunyadakı "Estadio Municipal de Riazor"da baş tutacaq İspaniya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Mənbə: goal.az