Bakıda iş otağında insult keçirən məktəb direktoru xəstəxanada öldü


Digərləri 02 Okt 2019 14:16:07 208 0

Bakıda iş otağında insult keçirən məktəb direktoru xəstəxanada öldü

Bakıda orta məktəb direktoru qəfil dünyasını dəyişib.

Bakı. Samir Əli - Bakıda orta məktəb direktoru qəfil dünyasını dəyişib. Trend-in məlumatına görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, 293 saylı orta məktəbdə baş verib. Adıçəkilən məktəbin direktoru Tanrıverdili Vaqif Baba oğlu iş otağında qəfil beyin insultu keçirib. Dərhal hadisə yerinə Təcili Tibbi Yardım Briqadası gəlib və xəstəni 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırıb. Həkimlərin səyinə baxmayaraq V.Tanrıverdili dünyasını dəyişib.