Azərbaycanda 10 aylıq körpəsini boğub öldürən qadın hakim qarşısında


Digərləri 02 Okt 2019 13:58:00 291 0

Azərbaycanda 10 aylıq körpəsini boğub öldürən qadın hakim qarşısında

Gəncə Ağır Cinayətlər Məhkəməsində Ağdam rayonunun Qərvənd kəndində 10 aylıq körpəsini öldürməkdə təqsirləndirilən Günel İsmayılovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Məhləmənin baxış iclası oktyabrın 9-na təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin aprel ayında qeydə alınıb. Hadisə ailə münaqişəsi zəminində baş verib. Qərvənd kəndində müvəqqəti məskunlaşan Laçın rayonundan məcburi köçkün, 27 yaşlı Günel İsmayılova həyat yoldaşı Ramil Ramiz oğlu İsmayılovla dalaşıb, bundan sonra 10 aylıq yeganə övladını boğaraq qətlə yetirib.

O, hadisədən sonra Ağdam Rayon Polis Şöbəsinə gedərək könüllü təslim olub və saxlanılaraq istintaqa cəlb olunub.