Ucarda ana və azyaşlı qızı itkin düşüb (FOTO)
Digərləri 02 Okt 2019 13:55:00 234 0
Ucarda ana və azyaşlı qızı itkin düşüb
Bakı.
Ucarda ana və azyaşlı qızı itkin düşüb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, Ucar rayonunun Qaracallı kənd sakini Samirə Xəlilova qızı Zəhra Xəlilova ilə sentyabrın 10-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Şəkildə gördüyünüz şəxsləri tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Ucar Rayon Polis Şöbəsinə 020-213-00-53 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Mənbə: az.trend.az