Bakıda gənc oğlan bıçaqlandı


Kriminal 02 Okt 2019 13:13:00 180 0

Bakıda gənc oğlan bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Qobustan rayonunda qeydə alınıb. Belə ki, 2001-ci il təvəllüdlü Nəcəfov Sənan Nadir oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və cərrahi əməliyyat edilib. Həkimlər xəstənin vəziyyətinin orta-ağır olduğunu bildirib. 

Faktla bağlı araşdırma aparılır.