Şeytan əməli: Seks, hicab, geylər və ölüm


Şou-biznes 02 Okt 2019 13:04:00 811 0

Şeytan əməli: Seks, hicab, geylər və ölüm

Ötən gün təqdim edilən "Ağacdələn" filmi son illər baş verən sosial və ictimai yüklü məsələləri özündə birləşdirib.

Son.az axşam.az-a istinadən bildirir ki, ekran işində medianın gündəmində uzun müddət qalan olaylar şeytanın timsalında təzahür edib.

Bunlardan ilki Səbail rayonunda yerləşən 134 saylı orta məktəbdə şagirdlərin intim münasibətdə olması ilə bağlı yayılan videodur. Filmdə zaman, məkan və yaş anlayışı fərqli olsa da, gizli mesajın həmin məktəbə vurulduğu açıq-aydın sezilir.

Belə ki, Əməkdar artist Sənubər İsgəndərli həmin məktəbin müəllimidir və sözügedən görüntüləri o, lentə alıb, sonra isə sosial şəbəkələrdə yayıb.

Filmdə Azad LGBT (Lezbiyan, Gey, Biseksual və Transseksual) təşkilatının sədri İsa Şahmarlının 2014-cü ildəki intiharı isə Elvin İbranın canlandırdığı Musa Şahbazlı obrazı ilə təsvir olunub.

Bundan başqa, ekran işində həkim səhvi nəticəsində sol ayağı əvəzinə, sağ ayağı kəsilən Tərlan Əliyevanın da mövzusuna da toxunulub.