Bakıda ruhi xəstə itkin düşdü


Digərləri 02 Okt 2019 12:57:31 226 0

Bakıda ruhi xəstə itkin düşdü

Bakıda 46 yaşlı kişi itkin düşüb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında qeydiyyatda olan Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, döngə 11-də yaşayan, ruhi əsəb xəstəliyinə görə birinci qrup əlil olan 1973-cü il təvəllüdlü Tağıyev Arzuyar Sayad oğlu dünən evdən çıxıb və bir daha geri qayıtmayıb. 

Bu barədə hüquq-mühafizə orqanlarına onunla bir ünvanda yaşayan qardaşı Tağıyev Hafiz Sayad oğlu ərizə ilə müraciət edib.

Faktla bağlı araşdırma aparılır.