Beyləqanda "Kamaz" 45 yaşlı kişini vurub öldürdü


Digərləri 02 Okt 2019 12:56:00 191 0

Beyləqanda "Kamaz" 45 yaşlı kişini vurub öldürdü

Beyləqan rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Bakı. Samir Əli - Beyləqan rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Trend-in məlumatına görə, hadisə Mingəçevir-Bəhrəmtəpə yolunun 158-ci kilometrliyində, yolun Beyləqan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Beyləqan rayon sakini, 1981-ci il təvəllüdlü Şükürov Səbuhi Ərşad oğlu idarə etdiyi "Kamaz 511" markalı 11 BE 127 dövlət nömrə nişanlı avtomobillə Mingəçevir istiqamətində hərəkətdə olarkən yolu keçən 1974-cü il təvəllüdlü Hüseynov Namiq Allahverdi oğlunu vurub. N.Hüseynov aldığı zəsarətlərdən xəstəxanada dünyasını dəyişib.