Vüsal Qasımlı: Azərbaycanda minimum əmək haqqı Ermənistandan 2 dəfə çoxdur (FOTO)


Digərləri 02 Okt 2019 12:46:00 226 0

Vüsal Qasımlı: Azərbaycanda minimum əmək haqqı Ermənistandan 2 dəfə çoxdur (FOTO)

Azərbaycan MDB-də sosial göstəricilərə görə liderdir

Bakı. Əgər alıcılıq qabiliyyəti paritetinə əsasən hesablasaq, Azərbaycanda minimum əmək haqqının MDB, Gürcüstan və Ukrayna ilə müqayisədə yüksək olduğunu müəyyənləşdirmək olar. Trend-in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı 2019-cu ildə reallaşdırılan inqilabi sosial islahatlara dair mətbuat konfransında deyib. Onun sözlərinə görə, beynəlxalq dollarla ifadədə Azərbaycan minimum əmək haqqı səviyyəsinə görə MDB ölkələri arasında 595 beynəlxalq dollar göstəricisi ilə 2-ci yerdə qərarlaşıb: "Bu o deməkdir ki, Azərbaycanda yaşayan və minimum əmək haqqı alan şəxs ABŞ-da 595 ABŞ dolları məvacib alan şəxslə eyni alıcılıq qabiliyyətinə malikdir. Digər MDB ölkələri ilə müqayisədə Azərbaycanda beynəlxalq dollarla ifadə edilmiş minimum əmək haqqı Ermənistandan 2.1 dəfə, Qazaxıstandan 1.6 dəfə, Gürcüstan və Rusiyadan isə 1.4 dəfə yüksəkdir".