Rövnəq Abdullayev: "Neftqaz layihələri ölkəmizi bütün dünyada enerji daşıyıcılarının etibarlı ixraçatçısı kimi tanıdıb"


Digərləri 02 Okt 2019 12:04:00 270 0

Rövnəq Abdullayev: "Neftqaz layihələri ölkəmizi bütün dünyada enerji daşıyıcılarının etibarlı ixraçatçısı kimi tanıdıb"

Bir qədər əvvəl xalqımız ulu öndər Heydər Əliyevin şah əsəri olan "Əsrin müqaviləsi"nin 25 illiyini təntənə ilə qeyd etdi. Enerji strategiyamızın "Əsrin müqaviləsi"ndən başlanan zəfər yolu Azərbaycanı düşdüyü dərin böhran vəziyyətindən tez bir zamanda misilsiz sosial-iqtisadi inkişaf mərhələsinə çıxarıb, regionun lider dövlətinə çevirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev Azərbaycan Milli Elmlər Akademiyasının akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun yaradılmasının 90 illik yubileyinə həsr olunmuş yığıncaqda deyib.

O qeyd edib ki, Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə həyata keçirilən neft-qaz layihələri neft strategiyasının ayrılmaz tərkib hissəsinə çevrilib və ölkəmizi bütün dünyada enerji daşıyıcılarının etibarlı ixraçatçısı kimi tanıdıb. Bütün bunlar gərgin əməyin nəticəsidir.