Quşçuluq ferması yandı - 2 min "hinduşka" məhv oldu


Digərləri 02 Okt 2019 12:07:00 292 0

Quşçuluq ferması yandı - 2 min "hinduşka" məhv oldu

İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Sərab rayonunun Əndərab kəndində quşçuluq ferması yanıb.

Bakı. Elnur Bağışov - İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Sərab rayonunun Əndərab kəndində quşçuluq ferması yanıb. Trend-in məlumatına görə, bunu İranın Şərqi Azərbaycan vilayətinin Sərab rayonu polis rəisi polkovnik Tohid Farsi deyib. T.Farsinin sözlərinə görə, yanğın nəticəsində 2 min ədəd hind toyuğu məhv olub. Polis rəisi yanğının söndürüldüyünü deyib.