Keşlədə qatarın vurduğu qadının kimliyi məlum oldu


Digərləri 02 Okt 2019 11:37:00 73 0

Keşlədə qatarın vurduğu qadının kimliyi məlum oldu

Keşlə qəsəbəsi, "Çerment körpüsü" kimi tanınan ərazidə qatar 32 yaşlı qadını vurub.

Son.az Trend-ə istinadən xəbər verir ki, vurulan qadın 1986-cı il təvəllüdlü Rəhimova Tacirə Vidadi qızıdır.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, qadın açıq kəllə-beyin travması ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti kritikdir.

Bu gün səhər saatlarında Keşlə stansiyasında bədbəxt hadisə baş verib.

Hadisə saat 08:23-də qeydə alınıb.

"Azərbaycan Dəmir Yolları" QSC-dən Trend-ə bildirilib ki, Bakı-Sumqayıt elektrik qatarı Keşlə stansiyasında (2653-cü km-də) hərəkətdə olarkən, Tacirə Vidadi qızı Rəhimova müəyyən olmayan yerdən dəmir yolu xəttini keçmək istəyib. Maşinist briqadası dərhal səs siqnalları verərək təcili tormozlama aparıb. Amma məsafə yaxın olduğundan hadisənin qarşısını almaq mümkün olmayıb. Nəticədə qadın qatarın yan hissəsinə toxunaraq müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağrılıb və yaralı 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Qarabağ qazilərinin adından suiistifadə edilməsini sübut edən VİDEOFAKT like
  • 02 Okt 11:36  
Digərləri Qarabağ qazilərinin adından suiistifadə edilməsini sübut edən VİDEOFAKT

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, əməkdar jurnalist Azər Həsr

arrow Ətraflı
Qarabağ qazilərinin adından sui-istifadə edilməsini sübut edən VİDEOFAKT like
  • 02 Okt 11:30  
Digərləri Qarabağ qazilərinin adından sui-istifadə edilməsini sübut edən VİDEOFAKT

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, əməkdar jurnalist Azər Həs

arrow Ətraflı
Azərbaycan “Türk ocağı”ı ilk tədbirini Əhməd bəy Ağaoğluya həsr etdi  FOTO like
  • 02 Okt 11:28  
Digərləri Azərbaycan “Türk ocağı”ı ilk tədbirini Əhməd bəy Ağaoğluya həsr etdi FOTO

Professor Vilayət Quliyevin böyük mütəfəkkir haqqında qələmə aldığı

arrow Ətraflı
Azərenerji: “Azərbaycan” İES-də yenidənqurma işlərinin 70 faizi başa çatıb like
  • 02 Okt 11:22  
Digərləri Azərenerji: “Azərbaycan” İES-də yenidənqurma işlərinin 70 faizi başa çatıb

Mingəçevir şəhərində yerləşən, Cənubi Qafqazın ən böyük istilik el

arrow Ətraflı
Bakıda avtobus sürücüsü qırmızıda keçdi, "protiv" çıxdı, like
  • 02 Okt 11:19  
Digərləri Bakıda avtobus sürücüsü qırmızıda keçdi, "protiv" çıxdı,

Bakıda qayda pozaraq digər sürücüyə qəza vəziyyəti yaradan marşrut avt

arrow Ətraflı
"Mercedes" yanaraq külə döndü (VİDEO) like
  • 02 Okt 11:15  
Digərləri "Mercedes" yanaraq külə döndü (VİDEO)

Şəkidə "Mercedes" markalı avtomobil yanıb.

arrow Ətraflı
3 rayonda qaz olmayacaq like
  • 02 Okt 11:15  
Digərləri 3 rayonda qaz olmayacaq

Oktyabrın 2-də səhər saat 08:30-dan 19:00-dək Qaz İxrac İdarəsi "Or

arrow Ətraflı
Əqli Mülkiyyət Agentliyinin nümayəndə heyəti Cenevrədə görüşlər keçirir (FOTO) like
  • 02 Okt 11:05  
Digərləri Əqli Mülkiyyət Agentliyinin nümayəndə heyəti Cenevrədə görüşlər keçirir (FOTO)

Əqli Mülkiyyət Agentliyinin nümayəndə heyətinin ÜƏMT-nin Keçid və ink

arrow Ətraflı
"Zeytun bağları" mahnısı təqdimat edildi  VİDEO like
  • 02 Okt 11:00  
Digərləri "Zeytun bağları" mahnısı təqdimat edildi VİDEO

Zeytun yağı sağlamlıqdır, Zeytun yağı gözəllikdir, Zeytun yağı sevgid

arrow Ətraflı
Yaşlı kişi itkin düşdü like
  • 02 Okt 10:58  
Digərləri Yaşlı kişi itkin düşdü

Tərtər rayonunda məskunlaşan məcburi köçkün itkin düşüb.

arrow Ətraflı