“İlahiyyatçı” qəzetinin növbəti buraxılışında


Digərləri 02 Okt 2019 11:38:00 194 0

“İlahiyyatçı” qəzetinin növbəti buraxılışında

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “İlahiyyatçı” qəzetinin sentyabr buraxılışı çap olunub.

Bakı. Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “İlahiyyatçı” qəzetinin sentyabr buraxılışı çap olunub. Mətbu orqanın ilk səhifəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycanın Yəhudi İcmasına təbriki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şagird və tələbələri Bilik Günü münasibətilə təbriki, həmçinin Şamaxı Cümə məscidini ziyarəti yer alıb. Qəzetin ikinci səhifəsində “Multikulturalizmə giriş” dərsliyinin təqdimatı olub” və “Aşura günü ilə əlaqədar Təzəpir məscidində qanvermə aksiyası” başlıqlı xəbərlər əksini tapıb. Aİİ rektoru Ceyhun Məmmədovun “Azərbaycanda həyata keçirilən sosial islahatlar təhsilin uğurlu inkişafını təmin edir” başlıqlı məqaləsi ilə eyni zamanda, “Biliyin günü olmur: hər gün Bilik Günüdür”; “Yeni tələbə adı alanlar və onların valideyinləri ilə görüş” sərlövhəli materiallarla qəzetin 3-cü səhifəsində tanış olmaq mümkündür. “İlahiyyatçı” qəzetinin 4, 5 və 14-cü səhifələrində Məhərrəmlik ayında baş vermiş Kərbəla hadisəsinə həsr olunan yazılar və xəbərlər dərc olunub. “Azərbaycanda Məhərrəmlik mərasimləri: dünən və bu gün”; “Kərbəla hadisəsinin mahiyyəti”; “Kərbəlanın İmam Hüseyni (ə)”, “Həzrət Hüseyn və Kərbəla”; “Kərbəla hadisəsi” başlıqlı məqalələr bu qəbildəndir. Mətbu orqanın səkkizinci və doqquzuncu səhifələrində “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda beynəlxalq elmi konfrans haqqında ətraflı və geniş məlumat əldə etmək mümkündür.