Azərbaycan “Türk ocağı”ı ilk tədbirini Əhməd bəy Ağaoğluya həsr etdi FOTO


Digərləri 02 Okt 2019 11:28:00 251 0

Azərbaycan “Türk ocağı”ı ilk tədbirini Əhməd bəy Ağaoğluya həsr etdi  FOTO

Professor Vilayət Quliyevin böyük mütəfəkkir haqqında qələmə aldığı kitablar əsasında elmi konfrans keçirilib.

Bu gün Atatürk Mərkəzində Azərbaycan "Türk ocağı"ının təşkilatçılığı ilə Azərbaycan və Türkiyənin dövlətçilik tarixində mühüm rol oynamış böyük mütəfəkkir Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi çərçivəsində elmi konfrans keçirilib.

Toplantıda, eyni zamanda, Azərbaycanın Macarıstandakı səfiri, professor, tədqiqatçı, sabiq xarici işlər naziri Vilayət Quliyevin Əhməd bəy Ağaoğluya həsr etdiyi kitabların - "Atatürk və Əhməd Ağaoğlu", "Türkiyəni duyğulandıran ölüm" və "Xatirələr" kitablarının təqdimatı da olub. Tədbirdə millət vəkilləri, tarixçi-alimlər, media nümayəndələri, Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri İrfan Çiftçi və Əhməd bəy Ağaoğlunun qardaşı nəvəsi Nigar Axundova da iştirak ediblər.