Yaşlı kişi itkin düşdü


Digərləri 02 Okt 2019 10:58:00 215 0

Yaşlı kişi itkin düşdü

Tərtər rayonunda məskunlaşan məcburi köçkün itkin düşüb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Çaylı qəsəbəsində müvəqqəti məskunlaşan 52 yaşlı Mirzəliyev Rizvan Nəriman oğlu bir neçə gün əvvəl evdən çıxaraq geri qayıtmayıb. Bu səbəbdən qohumları onun axtarışına başlayıblar.

Rizvan Mirzəliyevin itkin düşməsi barədə Tərtər Rayon Polis Şöbəsinə məlumat verilib. Polis şöbəsində Rizvan Mirzəliyev barədə əməliyyat-axtarış tədbirləri həyata keçirilir.