"Saxta qazilər" vasitəsilə Azərbaycanı onlar qarışdırırlar


Digərləri 02 Okt 2019 10:44:00 262 0

"Saxta qazilər" vasitəsilə Azərbaycanı onlar qarışdırırlar

Məlum olur ki, günlərdir üzərində insident yaşanan torpaq hansısa Qarabağ qazisinin adına deyil; ölkədə süni gərginlik yaradılır, qazilərin nüfuzundan dövlətə qarşı istifadəyə cəhd edilir...

Qarabağ qazisi olduğu bildirilən bir qrup əlilliyi olan şəxslərlə SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşları arasında yaşanan insident  ölkə ictimaiyyətinin gündəmindədir. Hadisənin detalları barəsində yayılan məlumatlardan belə aydın olur ki, əslində SOCAR əməkdaşlarının üzərinə hücum çəkənlərin heç də hamısı Qarabağ qaziləri deyil.

Əvvəlcə onu qeyd edək ki, SOCAR məsələyə dair yaydığı rəsmi məlumatda bildirdi ki, şirkətin mühafizəçiləri hücum edən şəxslərə qarşı heç bir zorakılıq tətbiq etmədən hadisə yerinə polis əməkdaşlarını çağırıblar:

"İnsident zamanı şifahi xəbərdarlıqlara məhəl qoymayan şəxslər tərəfindən qarovul rəisi Abdurəhmanov Fuad Həsən oğlunun, İsmayılov Elnur İlyas oğlunun, Əliquliyev Ələkbər Cabbar oğlunun qol və bədən nahiyələrinə zərbələr endirilib, müxtəlif bədən xəsarətləri yetirilib. Aparılmış videoçəkilişdən də göründüyü kimi, təxribat törədən şəxslər hadisə yerindən uzaqlaşmağa çalışan mühafizə xidmətinin əməkdaşlarını, eləcə də polis əməkdaşlarını təqib edərək, xidməti maşınlarına maddi ziyan vurmağa cəhd göstərib, dövlətə qarşı qanunsuz çağırışlar səsləndiriblər".

Bildirək ki, rəsmi mövqeləri ötən sayımızda daha geniş formada dərc etmişik. Ona görə də bu yazıda rəsmi mövqelərə geniş yer vermirik.  Bu kimi məlumatlar yayıldıqdan sonra sosial şəbəkələrdə bir qrup şəxslər qaziləri müdafiə edib, onlara qarşı nə üçün belə addımlar atıldığını yazıb, dövlətə və qurumlara  qarşı çağırışlar etməyə başladılar.

Son.az bildirir ki, "Yeni Müsavat" olaraq məsələ ilə bağlı araşdırma edib, bəzi faktları öyrəndik. Belə ki, etibarlı mənbədən aldığımız məlumata görə, əslində bu insidenti yaradanlar heç də gerçək qazilər deyil Redaksiyamıza məlumat verən mənbə bildirib ki, əslində heç  həmin ərazi də hansısa Qarabağ qazisinə aid deyil:

"Doğrudur, insidentdə iştirak edənlərin arasında 4 nəfər Qarabağ əlili də var. Ancaq faktiki olaraq torpaq sahəsi hansısa qaziyə aid deyil. Bu işə rəhbərlik edən şəxs əslən Kəlbəcərdən olan Hacıyev Məmmədəli İsgəndər oğludur. O, Qarabağ uğrunda döyüşlərdə iştirak etməyib. Onun əldə etdiyi saxta əlillik kağızını isə ötən illərdə nazirlik ləğv edib. Bu adam indiyə qədər də belə işlərlə məşğul olub. Ancaq onun adı yayılan rəsmi məlumatlarda yer almayıb. Əlilləri Məmmədəli çağırıb, o əraziyə yığıb. Torpaq faktiki olaraq bu adamların dedikləri kimi, hansısa Qarabağ əlilinin adına deyil.