Bakıda “Renault”, “Ford” və “BMW” toqquşdu VİDEO FOTO


Digərləri 02 Okt 2019 10:25:00 231 0

Bakıda “Renault”, “Ford” və “BMW” toqquşdu  VİDEO  FOTO

Bakının Nəsimi rayonunda üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisə İslam Səfərli küçəsində qeydə alınıb.

Məhəmməd Qurbanovun idarə etdiyi "Renault" markalı avtomobil yol kəsişməsində "Ford" markalı avtomobillə toqquşub.

Zərbənin təsirindən "Renault" yol kənarında dayanmış vəziyyətdə olan "BMW" markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.