Qonşu qonşunu kürəyindən bıçaqladı


Kriminal 02 Okt 2019 10:11:00 256 0

Qonşu qonşunu kürəyindən bıçaqladı

Abşeronda bıçaqlanma hadisəsi baş verib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Pirküşkül qəsəbəsində 2 qonşu arasında mübahisə yaranıb.

Əlbəyaxa davaya çevrilən mübahisə zamanı 1989-cu il təvəllüdlü Əliyev Ruslan Əli oğluna qonşusu tərəfindən bıçaqla xəsarət yetirilib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq cərrahi əməliyyat edilib.

Kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan R.Əliyev reanimasiya şöbəsinə yerləşdirilib.