Bakı sakini ağaca çıxdı, düşə bilmədi - Köməyə xilasedicilər gəldi


Digərləri 02 Okt 2019 09:42:00 197 0

Bakı sakini ağaca çıxdı, düşə bilmədi - Köməyə xilasedicilər gəldi

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin ağaca çıxaraq orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bakı. Bakıda maraqlı hadisə baş verib. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin ağaca çıxaraq orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı ağacdan düşürüb və aidiyyəti üzrə təhvil veriblər.