İmişlidə traktor motosikletlə toqquşdu, ölən var


Digərləri 02 Okt 2019 09:46:00 233 0

İmişlidə traktor motosikletlə toqquşdu, ölən var

İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib.

Bakı. Samir Əli - İmişlidə ölümlə nəticələnən yol qəzası qeydə alınıb. Trend-in məlumatına görə, hadisə rayonun Bəcirəvan kəndi ərazisində baş verib. Rayonun Qaravəlli kənd sakini, 1963-cü il təvəllüdlü Cahangirov İlham Hacı oğlu idarə etdiyi "Belorus - 82" markalı 30 K 248 traktorla Bərcivan kəndindən Bərcivan-Qaralar-İmişli avtomobil yoluna çıxarkən həmin yolla hərəkətdə olan, rayonun Yalavac kənd sakini, 1982-cü il təvəllüdlü Səmədov Samir Ağalar oğlunun idarə etdiyi "İJ-Planet" markalı motosikletlə toqquşub. Hadisə nəticəsində S.Səmədov İmişli Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilsə də, aldığı xəsarətlərdən xəstəxanada ölüb.