Oğlunu hərbi xidmətə yola salan tanınmış azərbaycanlı teleaparıcı gözlənilməz qərar verdi


Şou-biznes 02 Okt 2019 09:24:00 289 0

Oğlunu hərbi xidmətə yola salan tanınmış azərbaycanlı teleaparıcı gözlənilməz qərar verdi

Dünən oğlunu hərbi xidmətə yola salan tanınmış teleaparıcı İlqar Mikayıloğlu Azad Azərbaycan Telekanalından (ATV) ayrılıb.

Son.az correct.az -a istinadən xəbər verir ki, bu barədə aparıcı özü məlumat verib. O bildirib ki, öz ərizəsi ilə işdən ayrılıb:

"Öz ərizəmlə işdən ayrılmışam. Sadəcə olaraq, bunu deyə bilərəm ki, öz istəyimlə ayrılmışam".

Teleaparıcı digər telekanallardan iş təklifinin olub-olmaması ilə bağlı sualı isə cavablandırmaqdan imtina edib.

Xatırladaq ki, İlqar Mikayıloğlu ANS telekanalından ayrılandan sonra 2014-cü il oktyabr ATV telekanalında "Gün üzü" verilişinin aparıcısı, daha sonra isə "Xeyirə qarşı" verilişinin aparıcısı olub.