Yadplanetli struktura sahib yeni ulduzlar tapılıb


Digərləri 02 Okt 2019 07:35:00 232 0

Yadplanetli struktura sahib yeni ulduzlar tapılıb

Nebraska ştatının universitetinin alimləri Tabbi ulduzu və ya Boyacyan ulduzu olaraq da bilinən KIC 8462852-yə bənzər anomal ulduzlar kəşf ediblər.

Son.az ölkə.az-a istinadən bildirir ki, ulduzun parlaqlığında dövri olmayan xətaların hələ də izahatı verilməyib. Fərziyyəyə görə, Dayson sferası kimi süni meqastrukturlar işığın kəsilməsinə səbəb ola bilər. Bu barədə "Science Alert" məlumat yayıb.

Tədqiqatçılar "Dəyişkən Şimal Səması Tədqiqatı" layihəsinin bir hissəsi olaraq 2.980 kvadrat metrlik göy üzünü müşahidə edərkən 1999-cu ilin aprelindən 2000-ci ilin martına qədər toplanmış fotometrik məlumatları təhlil ediblər. Onlar Tabbi ulduzuna bənzər davranışları olan ulduzlar axtarıblar. 

Astronomlar sözügedən ulduzların işıq əyrilərini (zamanla işığın dəyişməsi qrafikləri) Tabbi ulduzunun işıq əyriləri ilə müqayisə edərək iki kateqoriyaya bölüblər:

Birincisi, parlaqlığı gec dəyişən 15 ulduz (Tabbi ulduzunun özü də daxil olmaqla), ikincisi - sürətli dəyişən 6 ulduz.

(adsgarden = window.adsgarden || []).push({});