"Twitter"in işində nasazlıqlar yaranıb


Digərləri 02 Okt 2019 07:23:47 266 0

"Twitter"in işində nasazlıqlar yaranıb

"Twitter" sosial şəbəkəsi çərşənbə axşamı bir neçə ölkədə nasazlıqlarla işləyirdi

Bakı, "Twitter" sosial şəbəkəsi çərşənbə axşamı bir neçə ölkədə nasazlıqlarla işləyirdi. Trend-in məlumatına görə, bu barədə "Downdetector" xidmətinin səhifəsində bildirilib. Qeyd edək ki, ən çox Yaponiyada və ABŞ-da istifadəçilər problemlərdən şikayətlənirlər. Bundan əlavə, İngiltərədə, Almaniyada, Fransada və digər Avropa ölkələrində nasazıqlarla qarşılaşıblar. Rusiyada nasazıqlar ən çox Moskva sakinləri tərəfindən bildirilir.