Peruda yol qəzası baş verib


Digərləri 02 Okt 2019 06:41:45 232 0

Peruda yol qəzası baş verib

Perunun cənubunda avtobusun uçuruma düşməsi nəticəsində 23 nəfər həyatını itirib və 30 nəfər isə ciddi xəsarət alıb

Bakı, Perunun cənubunda avtobusun uçuruma düşməsi nəticəsində 23 nəfər həyatını itirib və 30 nəfər isə ciddi xəsarət alıb. Trend-in məlumatına görə, bunu yerüstü sərnişin və yük nəqliyyatına nəzarət idarəsinin yenilənmiş məlumatları sübut edir. Zərərçəkənlər Cuzko şəhərinə və digər şəhərlərin xəstəxanalarına aparılıblar. Qeyd edək ki, avtobus Kispikaçi əyalətində 100 metr yüksəklikdən düşüb. Qəzanın səbəbləri hələ müəyyənləşdirilməyib.