Zelenski məşhur Hollivud aktyoru ilə görüşüb


Digərləri 02 Okt 2019 01:30:00 376 0

Zelenski məşhur Hollivud aktyoru ilə görüşüb

Hollivud aktyoru, prodüser və kinorejissor Tom Kruz Ukraynaya səfər edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, aktyor Ukrayna ilə bağlı layihələrini müzakirə etmək üçün bu ölkənin Prezidenti Vladimir Zelenski ilə görüşüb.

Görüşdə Tom Kruz Prezident Zelenskiyə deyib ki, o, Ukrayna ərazisində film çəkmək istəyir.

V.Zelenski kino sahəsində şəxsi təcrübəsindən söz açaraq qeyd edib ki, bu yaxınlarda Ukrayna Ali Radası Ukraynada filmlər çəkən xarici istehsalçılara kompensasiyalar verilməsi barədə qanun qəbul edib.

(adsgarden = window.adsgarden || []).push({});