Azərbaycan əhalisi ən çox nə yeyir? –


Digərləri 01 Okt 2019 23:55:00 191 1

Azərbaycan əhalisi ən çox nə yeyir? –

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş minimum istehlak səbəti üzrə əsas növ ərzaq məhsullarının illik istehlak normalarına əsasən, orta hesabla əmək qabiliyyətli əhali 150 kiloqram, pensiyaçılar 109 kiloqram, 0-14 yaşlı uşaqlar 98 kiloqram çörək və çörək məhsulları istehlak edirlər.

Bütün əhalinin hər nəfəri üçün çörək və çörək məhsulları istehlakının illik norması 119 kiloqramdır. Bu statistikaya əsasən, bir azərbaycanlı gün ərzində təxminən 330 qram çörək yeyir. Tədqiqatçıların bildirdiyinə görə, insan həyatı boyu digər qida məhsulları ilə birlikdə təqribən 15 ton çörək istehlak edir. Avropada çörəyin ən çox istifadə edildiyi ölkələrin siyahısına 1 vətəndaşı illik 104,3 kiloqram çörək yeməklə Türkiyə başçılıq edir. 2-ci yerdə adambaşına ildə 95,2 kiloqram çörək tükətməklə Bolqarıstan qərarlaşıb. 3-cü sırada ildə adambaşına 88,9 kiloqram çörək istehlakı ilə Ukraynadır. Yunanıstan illik adambaşına 68 kiloqram çörək tükətməklə 4-cü, Hollandiya 62,1 kiloqramla 5-ci, Fransa 57,1 kiloqramla 6-cı, Almaniya 55,7 kiloqramla 7-ci, Belçika 55, 3 kiloqramla 8-ci, Rusiya 54,8 kiloqramla 9-cu, İtaliya isə 52, 7 kiloqram çörək tükətməklə 10-cu yerdə qərarlaşıb. Yuxarıda qeyd etdiyimiz statistikayla Azərbaycan illik adambaşına düşən çörək istehlakına görə, bütün Avropa ölkələrini geridə qoyur. Maraqlıdır ki, tərkibində insan orqanizmi üçün vacib element-zülal olan ət və ət məhsulları istehlakı olduqca aşağıdır. Belə ki, orta hesabla il ərzində əmək qabiliyyətli əhali 30 kiloqram, pensiyaçılar 19,2 kiloqram, 0-14 yaşlı uşaqlar 25 kiloqram ət istehlak edirlər. Orta hesabla il ərzində bir azərbaycanlı 25 kiloqrama yaxın ət və ət məhsulları ilə qidalanır. Son.az modern.az-a istinadən bildirir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, azərbaycanlılar çörək yeməkdə dünyada birinci yeri tutur: "Hətta xalqımız dünya ölkələrini çörək yeməyə görə 2-3 dəfə qabaqlayır. Ona görə də təsadüfi deyil ki, beynəlxalq təşkilatlar bu yaxınlarda ölkəmizdə unun tərkibinin zənginləşdirilməsi layihəsinə start verəcəklər. Unun tərkibinə müxtəlif vitaminlər, dəmir elementləri, sink qarışdırılacaq ki, insanların sağlamlığı yüksəlsin. Çünki çörək azərbaycanlıların qida rasionunda birinci yerdə dayanır. Maraqlıdır ki, Azərbaycan aclıq, qıtlıq içərisində yaşayan ölkə olmasa da, bu qidaya tələbat həddindən artıqdır. Azərbaycanda çörək Qurandan irəli gələrək müqəddəs sayılır. Müqəddəslik həmişə tələbat yaradır. Amma bizdə çörəyin çox yeyilməsi artıq vərdişə çevrilib. Əhali bilməlidir ki, böyük iştahla yediyimiz isti təndir çörəyi orqanizm üçün həddindən çox zərərlidir". AİB sədri qeyd edib ki, Azərbaycan qida rasionuna daxil edilən digər qidaların istehlakında geri qalır: "Ümumdünya Səhiyyə Təşkilatının bütün normativlərindəki göstəricilərdən geri qalırıq. Xüsusilə ət və ət məhsulları, balıq, süd və süd məhsulları, kərə yağı istehlakında çox geridəyik. Yeganə qida çörəkdir ki, onun istehlakına görə dünya ölkələrini dəfələrlə qabaqlayırıq. Eyni zamanda, bizimkilər çox israfçıdırlar. Bəzi vətəndaşlar çörəyə and içir, "Qurani-Kərimə" bərabər tutulduğunu deyir, amma çörəyi zibilə atır". Nazirlər Kabinetinə istinadən Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibi haqqında məlumatları təqdim edirik:

Ərzaq məhsullarının adı

Ölçü vahidi İstehlakın həcmi

(orta hesabla adambaşına bir ildə)

(adsgarden = window.adsgarden || []).push({});
Bunu biləndə heyrət içində olacaqsız – like
  • 01 Okt 23:50  
Digərləri Bunu biləndə heyrət içində olacaqsız –

Heç şübhəsiz, texnologiyanın çoxçalarlı inkişafı gələcəkdə insanla

arrow Ətraflı
İmam Hüseynin ən bariz xüsusiyyəti like
  • 01 Okt 23:45  
Digərləri İmam Hüseynin ən bariz xüsusiyyəti

İmam Hüseynin (ə) ən bariz xüsusiyyətlərindən biri bu idi ki, rəftarın

arrow Ətraflı
Nikah restoranlarda yox, muzeylərdə, tarixi məkanlarda bağlanarsa… like
  • 01 Okt 23:40  
Digərləri Nikah restoranlarda yox, muzeylərdə, tarixi məkanlarda bağlanarsa…

Rusiyanın Müasir Tarix Muzeyi yeni evlənənlər üçün qapısını açıb. X

arrow Ətraflı
Ostexondroz, oynaq və ayaq ağrıları üçün ucuz aptek vasitələri – like
  • 01 Okt 23:35  
Digərləri Ostexondroz, oynaq və ayaq ağrıları üçün ucuz aptek vasitələri –

Əgər sizi oynaqda ağrılar, ayaqlarda ağırlıq, köhmə travma izləri, rev

arrow Ətraflı
Dünyanı iki fərqli göz rəngi ilə görən qardaşlar like
  • 01 Okt 23:25  
Digərləri Dünyanı iki fərqli göz rəngi ilə görən qardaşlar

Türkiyənin Bursa şəhərində yaşayan iki qardaşın göz rəngi görənlər

arrow Ətraflı
Azərbaycan nefti ucuzlaşıb like
  • 01 Okt 23:23  
Digərləri Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın y

arrow Ətraflı
Qadınlar evdən niyə qaçır? – like
  • 01 Okt 23:20  
Digərləri Qadınlar evdən niyə qaçır? –

Ana iki azyaşlı övladı ilə itkin düşüb. Bununla bağlı 25 yaşlı Gül

arrow Ətraflı
İmam Hüseynin (ə) zəvvarı, öz hacəti üçün özü şəfaətçi məqamında olar like
  • 01 Okt 23:15  
Digərləri İmam Hüseynin (ə) zəvvarı, öz hacəti üçün özü şəfaətçi məqamında olar

"Kamil ziyarət" kitabında bəzi hədislərə rast gəlirik ki, məzm

arrow Ətraflı
Azərbaycan nefti ucuzlaşıb like
  • 01 Okt 23:12  
Digərləri Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın y

arrow Ətraflı
Müsahibə vaxtı bu sözləri heç vaxt deməyin like
  • 01 Okt 23:10  
Digərləri Müsahibə vaxtı bu sözləri heç vaxt deməyin

Çox vaxt iş axtaran namizədlər özləri haqqında bunları deyirlər: "

arrow Ətraflı
Miqrenə səbəb olan 7 qida – Yedikdən sonra dəhşətli like
  • 01 Okt 23:05  
Digərləri Miqrenə səbəb olan 7 qida – Yedikdən sonra dəhşətli

Miqren adi baş ağrılarından fərqlənən, müasir insanları dəhşətli sim

arrow Ətraflı
Yarım ildə miqrantlar Rusiyadan Azərbaycana like
  • 01 Okt 23:04  
Dünya Yarım ildə miqrantlar Rusiyadan Azərbaycana

2019-cu ilin ilk altı ayında Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfi

arrow Ətraflı
Rusiya və İran prezidentləri arasında danışıqlar like
  • 01 Okt 23:03  
Dünya Rusiya və İran prezidentləri arasında danışıqlar

Rusiya ilə İran prezidentləri - Vladimir Putin və Həsən Ruhani Fars körf

arrow Ətraflı