Azərbaycanın Xocavənd rayonunun işğalından 27 il ötür


Digərləri 02 Okt 2019 00:01:00 203 0

Azərbaycanın Xocavənd rayonunun işğalından 27 il ötür

Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 27 il ötür.

Bakı. Trend Bu gün Azərbaycanın Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 27 il ötür. Trend-in məlumatına görə, sahəsi 145 647 hektar olan Xocavənd rayonu 1992-ci il oktyabrın 2-də erməni işğalçıları tərəfindən zəbt olunub. Xocavənd rayonu 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildikdən sonra Martuni və Hadrut rayonlarının bazası əsasında yaradılıb. Rayonun sahəsi 1458 kvadratkilometr, əhalisi 41 216 nəfərdir. Rayonda bir şəhər (Xocavənd şəhəri - rayon mərkəzi), iki iri qəsəbə (Qırmızı bazar və Hadrut), 83 kənd var. Xocavəndin yüzdən çox sakini Vətən uğrunda döyüşlərdə şəhid olub. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz"inin əldə etdiyi məlumatlara əsasən, rayon ərazisində əkilib-becərilən narkotik vasitələr müxtəlif ölkələrə satılır, ərazilər müntəzəm yandırılır, fauna və flora tamamilə məhv edilir, yararlı ağaclar qırılaraq Yerevana aparılır və digər ölkələrə satılır. Xatırladaq ki, Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsində diametri 600 sm, hündürlüyü 25 m olan 1 ədəd 1000 və 1 ədəd 2000 yaşlı Şərq çinarı qədim təbiət abidəsi kimi qorunurdu. Rayonun Qarakənd kəndində "Qırmızı kitab"a düşən, üçüncü dövrün relikt növü olan, diametri 24 sm, hündürlüyü 12 metr, yaşı 100 illik azat ağacları da mühafizə edilirdi. Xocavəndin Yelli Gədik sahəsində Füzuliyə gedən yolun sağ və sol tərəflərində mühafizə məqsədilə əkilən ağaclar da kəsilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Azərbaycan əhalisi ən çox nə yeyir? – like
  • 01 Okt 23:55  
Digərləri Azərbaycan əhalisi ən çox nə yeyir? –

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş minimum istehlak səbəti

arrow Ətraflı
Bunu biləndə heyrət içində olacaqsız – like
  • 01 Okt 23:50  
Digərləri Bunu biləndə heyrət içində olacaqsız –

Heç şübhəsiz, texnologiyanın çoxçalarlı inkişafı gələcəkdə insanla

arrow Ətraflı
İmam Hüseynin ən bariz xüsusiyyəti like
  • 01 Okt 23:45  
Digərləri İmam Hüseynin ən bariz xüsusiyyəti

İmam Hüseynin (ə) ən bariz xüsusiyyətlərindən biri bu idi ki, rəftarın

arrow Ətraflı
Nikah restoranlarda yox, muzeylərdə, tarixi məkanlarda bağlanarsa… like
  • 01 Okt 23:40  
Digərləri Nikah restoranlarda yox, muzeylərdə, tarixi məkanlarda bağlanarsa…

Rusiyanın Müasir Tarix Muzeyi yeni evlənənlər üçün qapısını açıb. X

arrow Ətraflı
Ostexondroz, oynaq və ayaq ağrıları üçün ucuz aptek vasitələri – like
  • 01 Okt 23:35  
Digərləri Ostexondroz, oynaq və ayaq ağrıları üçün ucuz aptek vasitələri –

Əgər sizi oynaqda ağrılar, ayaqlarda ağırlıq, köhmə travma izləri, rev

arrow Ətraflı
Dünyanı iki fərqli göz rəngi ilə görən qardaşlar like
  • 01 Okt 23:25  
Digərləri Dünyanı iki fərqli göz rəngi ilə görən qardaşlar

Türkiyənin Bursa şəhərində yaşayan iki qardaşın göz rəngi görənlər

arrow Ətraflı
Azərbaycan nefti ucuzlaşıb like
  • 01 Okt 23:23  
Digərləri Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın y

arrow Ətraflı
Qadınlar evdən niyə qaçır? – like
  • 01 Okt 23:20  
Digərləri Qadınlar evdən niyə qaçır? –

Ana iki azyaşlı övladı ilə itkin düşüb. Bununla bağlı 25 yaşlı Gül

arrow Ətraflı
İmam Hüseynin (ə) zəvvarı, öz hacəti üçün özü şəfaətçi məqamında olar like
  • 01 Okt 23:15  
Digərləri İmam Hüseynin (ə) zəvvarı, öz hacəti üçün özü şəfaətçi məqamında olar

"Kamil ziyarət" kitabında bəzi hədislərə rast gəlirik ki, məzm

arrow Ətraflı
Azərbaycan nefti ucuzlaşıb like
  • 01 Okt 23:12  
Digərləri Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın y

arrow Ətraflı
Müsahibə vaxtı bu sözləri heç vaxt deməyin like
  • 01 Okt 23:10  
Digərləri Müsahibə vaxtı bu sözləri heç vaxt deməyin

Çox vaxt iş axtaran namizədlər özləri haqqında bunları deyirlər: "

arrow Ətraflı