Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyeva tanınmış rəssam Ahmet Güneştekinin fərdi sərgisinin açılışında iştirak edib FOTO


Siyasət 01 Okt 2019 23:56:00 182 0

Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyeva tanınmış rəssam Ahmet Güneştekinin fərdi sərgisinin açılışında iştirak edib  FOTO

Oktyabrın 1-də Heydər Əliyev Mərkəzində II Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Türkiyənin tanınmış rəssamı Ahmet Güneştekinin "Yaddaşın əlifbası" adlı fərdi sərgisi açılıb. Ekspozisiyada müəllifin 20-dən çox əsəri nümayiş olunur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərginin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.

Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov sərginin açılışında çıxış edərək bildirib ki, bu günlərdə ölkəmiz Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə növbəti dəfə Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalına ev sahibliyi etdi. Festival çərçivəsində müxtəlif mədəniyyət ocaqlarında təşkil edilən 50-yə yaxın tədbir öz rəngarəngliyi ilə seçilib. Fürsətdən istifadə edərək dünyanın müxtəlif ölkələrindən festivala qatılan qonaqları salamlayıram. İlk növbədə, ölkəmizdə mədəni layihələrin həyata keçirilməsinə verdiyi dəstəyə və bu ili "Nəsimi ili" elan etdiyinə görə Prezident İlham Əliyevə təşəkkür edirəm. Azərbaycan mədəniyyətini dünyada layiqincə təbliğ etdiyinə və belə bir festivalın reallaşmasına göstərdiyi köməyə görə birinci xanım Mehriban Əliyevaya təşəkkürümü bildirirəm.

Bu gün Heydər Əliyev Mərkəzində dünya şöhrətli türkiyəli heykəltəraş Ahmet Güneştekinin əsərləri təqdim olunacaq. Sərginin hər kəsin böyük marağına səbəb olacağını vurğulayan A.Ələkbərov deyib: "Rəssamın Bakı sərgisindəki ekspozisiyasında Azərbaycan xalqının Ümummilli Liderinə həsr etdiyi "Heydər Əliyevin xatirəsinə" adlı əsəri də yer alıb. Bu, rəssamın çoxdankı arzusu idi. Artıq həmin əsər bu gün sizlərə təqdim olunacaq. Ahmet Güneştekinin dahi şəxsiyyət Heydər Əliyevə heyranlığı və hörmətinin nəticəsi kimi ərsəyə gələn əsər qarışıq texnikada işlənib".

Bakıda belə bir möhtəşəm mərkəzdə sərgisinin açılmasından məmnunluğunu ifadə edən Ahmet Güneştekin paytaxtımızı bir mədəniyyət şəhəri kimi dəyərləndirib. "Memarlıq baxımından dünyada tayı-bərabəri olmayan belə bir mərkəzdə sərgimin açılması məni çox qürurlandırır. İlk dəfə Heydər Əliyev Mərkəzini görəndə çox heyrətləndim. Bura nadir bir məkandır. Bu məkan mənim üçün yaratdığım "Ölümsüzlük otağı" qədər dəyərli bir memarlıq nümunəsidir. Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevə vəfa borcu kimi bir əsər həsr etdim. Bu əsərimlə çalışmışam ki, Azərbaycan tarixini və Heydər Əliyev şəxsiyyətini əks etdirim. Bu il, eyni zamanda, Azərbaycanda "Nəsimi ili"dir. Nəsimi dahi söz xiridarıdır. İmadəddin Nəsiminin nadir şəxsiyyətindən və poetik irsindən ilhamlanaraq "Recm Nasimi" adlı əsərimi yaratdım və bununla festivala öz töhfəmi vermək istədim. Festivala dəvət aldığım üçün Azərbaycan dövlətinə minnətdarlığımı bildirirəm", - deyə rəssam qeyd edib.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Ekspozisiyada rəssamın İmadəddin Nəsimiyə həsr etdiyi "Recm Nasimi" əsərində sufiliyin ədəbi və fəlsəfi qolu olan hürufiliyin ehkamları əks olunur. Sərgilənən işlər arasında rəssamın məşhur "Ölümsüzlük otağı" da var. Bu möhtəşəm əsər Heydər Əliyev Mərkəzinin binası önündə nümayiş olunur. Rəssam "Ölümsüzlük otağı"nı Şanlıurfa şəhərinin şimal-şərqində yerləşən Göbəkli təpədə aşkar edilmiş arxeoloji tapıntıların təsiri ilə yaradıb. "Gilqameş dastanı" və "Nuh tufanı" əfsanəsi onun əsas ilham mənbələri olub. Böyük əks-səda doğuran əsər ilk dəfə 2018-ci ildə nümayiş etdirilib. Rəssam "Ölümsüzlük otağı" üzərində müxtəlif peşəyə sahib 130 nəfərlə birgə çalışıb. Əsər 22 min metal kəllə və buynuz hissədən ibarətdir. Onun hazırlanmasında 35 ton alüminiumdan istifadə olunub.

Qeyd edək ki, Türkiyə müasir incəsənətinin əsas simalarından olan Ahmet Güneştekin 1966-cı ildə anadan olub. Beş yaşından rəsm çəkən Güneştekin 1981-ci ildə İstanbula gəlib. 1997-ci ildə İstanbulda ilk studiyasını qurub. 2003-cü ildə Atatürk Mədəniyyət Mərkəzində "Zülmətdən sonra rənglər" adlı ilk böyük sərgisini açıb. 2005-ci ildə "Günəşin izində" sənədli layihəsini həyata keçirib. 2010-cu ildə İstanbulda Güneştekin Sənət Mərkəzini yaradıb. 2013-cü ildə Venesiyada ilk beynəlxalq sərgisini açıb və Malboro (Marlborough) qalereyası ilə əməkdaşlıq etməyə başlayıb.

Rəssamın Heydər Əliyev Mərkəzindəki sərgisi 2020-ci il martın 31-dək davam edəcək.

Azərbaycan əhalisi ən çox nə yeyir? – like
  • 01 Okt 23:55  
Digərləri Azərbaycan əhalisi ən çox nə yeyir? –

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş minimum istehlak səbəti

arrow Ətraflı
Bunu biləndə heyrət içində olacaqsız – like
  • 01 Okt 23:50  
Digərləri Bunu biləndə heyrət içində olacaqsız –

Heç şübhəsiz, texnologiyanın çoxçalarlı inkişafı gələcəkdə insanla

arrow Ətraflı
İmam Hüseynin ən bariz xüsusiyyəti like
  • 01 Okt 23:45  
Digərləri İmam Hüseynin ən bariz xüsusiyyəti

İmam Hüseynin (ə) ən bariz xüsusiyyətlərindən biri bu idi ki, rəftarın

arrow Ətraflı
Nikah restoranlarda yox, muzeylərdə, tarixi məkanlarda bağlanarsa… like
  • 01 Okt 23:40  
Digərləri Nikah restoranlarda yox, muzeylərdə, tarixi məkanlarda bağlanarsa…

Rusiyanın Müasir Tarix Muzeyi yeni evlənənlər üçün qapısını açıb. X

arrow Ətraflı
Ostexondroz, oynaq və ayaq ağrıları üçün ucuz aptek vasitələri – like
  • 01 Okt 23:35  
Digərləri Ostexondroz, oynaq və ayaq ağrıları üçün ucuz aptek vasitələri –

Əgər sizi oynaqda ağrılar, ayaqlarda ağırlıq, köhmə travma izləri, rev

arrow Ətraflı
Dünyanı iki fərqli göz rəngi ilə görən qardaşlar like
  • 01 Okt 23:25  
Digərləri Dünyanı iki fərqli göz rəngi ilə görən qardaşlar

Türkiyənin Bursa şəhərində yaşayan iki qardaşın göz rəngi görənlər

arrow Ətraflı
Azərbaycan nefti ucuzlaşıb like
  • 01 Okt 23:23  
Digərləri Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın y

arrow Ətraflı
Qadınlar evdən niyə qaçır? – like
  • 01 Okt 23:20  
Digərləri Qadınlar evdən niyə qaçır? –

Ana iki azyaşlı övladı ilə itkin düşüb. Bununla bağlı 25 yaşlı Gül

arrow Ətraflı
İmam Hüseynin (ə) zəvvarı, öz hacəti üçün özü şəfaətçi məqamında olar like
  • 01 Okt 23:15  
Digərləri İmam Hüseynin (ə) zəvvarı, öz hacəti üçün özü şəfaətçi məqamında olar

"Kamil ziyarət" kitabında bəzi hədislərə rast gəlirik ki, məzm

arrow Ətraflı
Azərbaycan nefti ucuzlaşıb like
  • 01 Okt 23:12  
Digərləri Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın y

arrow Ətraflı
Müsahibə vaxtı bu sözləri heç vaxt deməyin like
  • 01 Okt 23:10  
Digərləri Müsahibə vaxtı bu sözləri heç vaxt deməyin

Çox vaxt iş axtaran namizədlər özləri haqqında bunları deyirlər: "

arrow Ətraflı
Miqrenə səbəb olan 7 qida – Yedikdən sonra dəhşətli like
  • 01 Okt 23:05  
Digərləri Miqrenə səbəb olan 7 qida – Yedikdən sonra dəhşətli

Miqren adi baş ağrılarından fərqlənən, müasir insanları dəhşətli sim

arrow Ətraflı
Yarım ildə miqrantlar Rusiyadan Azərbaycana like
  • 01 Okt 23:04  
Dünya Yarım ildə miqrantlar Rusiyadan Azərbaycana

2019-cu ilin ilk altı ayında Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfi

arrow Ətraflı