İmam Hüseynin (ə) zəvvarı, öz hacəti üçün özü şəfaətçi məqamında olar


Digərləri 01 Okt 2019 23:15:00 363 0

İmam Hüseynin (ə) zəvvarı, öz hacəti üçün özü şəfaətçi məqamında olar

"Kamil ziyarət" kitabında bəzi hədislərə rast gəlirik ki, məzmunu belədir:

"Həqiqətən, Allah Təala İmam Hüseyn (ə) qəbrinin zəvvarları üçün, Ərəfat zəvvarlarına təcəlli etməzdən əvvəl təcəlli edər. Onların hacətlərini yerinə yetirər, günahlarını bağışlayar və onları öz istəklərində özlərini şəfaətçi qərar verər. Sonra Ərəfat əhli ilə məşğul olar. Bu əməlləri onlarla da görər".

Son.az ted.az-a istinadən bildirir ki, başqa hədisdə oxuyuruq: "Allah İmam Hüseyn (ə) zəvvarlarına nəzər salar".

Yəni, Allah Özü zəvvarlar ilə mükalimə edər. Ya da Allah zəvvarlarla birlikdə manacat edər. Allah buyurar: "Ey Mənim bəndəm, Məndən hacət istə ki, yerinə yetirim. Məni çağır ki, həyata keçirim...".

Bütün bu sözlər İmam Hüseyn (ə) məqamının uca olmasından xəbər verir. Tarixdə oxuyuruq ki, Həzrət Musa (ə) Allahdan istəyir ki, onun üçün təcəlli etsin. Ancaq Allah ona deyil, Tur dağına təcəlli edir. Musaya (ə) buyurur ki, sənin bu istəyin çox böyük bir istəkdir. Həzrət Musa (ə) da huşdan gedib yerə yıxılır.

Yəni, Allah Ulul-əzm peyğəmbərlərindən olan Həzrət Musaya (ə) deyil, İmamın (ə) zəvvarına təcəlli edər. Bəs bu İmam Hüseyn (ə) kimdir ki, Allah ona bu qədər məqam və dərəcə bəxş etmişdir?

İmam Hüseynin (ə) türbəti haqqında oxuyuruq ki, hər kim İmam Hüseyn (ə) türbətinə səcdə edər, bu səcdə 7-qatlı hicabları aradan qaldırar və yerin yeddinci qatını nura boyayar.

(adsgarden = window.adsgarden || []).push({});