Qadınlar evdən niyə qaçır? –


Digərləri 01 Okt 2019 23:20:00 332 0

Qadınlar evdən niyə qaçır? –

Ana iki azyaşlı övladı ilə itkin düşüb. Bununla bağlı 25 yaşlı Gülşən Babaşovanın həyat yoldaşı Xəyal Babaşov polisə məlumat verib.

O bildirib ki, həyat yoldaşı G.Babaşova 3 və 6 yaşlı övladları ilə birlikdə yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıb.

Son zamanlar evdən qaçan və itkin düşən qadınların sayı artır. Səbəblər isə müxtəlifdir. Ailədaxili münqaişələr, zorakılıq və şiddətə məruz qalan qadınlar çıxış yolunu evdən qaçmaqda görür. Məsələ ilə bağlı dəfələrlə televiziyalarda və mətbuatda müxtəlif fikirlər səsələndirilir, maarifləndirici təbliğatlar aparılır. Amma neqativ halların ardı-arası kəsilmir.

Son.az gencaile.az-a istinadən bildirir ki, mövzu ətrafında fikirlərini bölüşən  yazar Rəbiqə Nazimqızı bildirir ki, hər hadisəyə ayrı fakt kimi baxıb, səbəbləri öyrənmək lazımdır.

Onun sözlərinə görə, bu cür hallarda səbəblər eyni olmaya bilər:

"Ümumiyyətlə, belə bir zarafat var: "Boşanmaların yeganə səbəbi evlənməkdir". Ciddi cavab verməli olsam, baş verən hadisədə ağıla ilk növbədə zorakılıq faktoru gəlir. Bəlkə də ,zorakılıq halları artmayıb. Sadəcə, qadın indi anlayır ki, uşaqları naminə nəyəsə dözmək elə bu uşaqların özlərində travma yaranmasına səbəb ola bilər. Üstəlik, qadın ətrafdan "sənin o evdən meyitin çıxa bilər" sözlərini daha az-az eşidir.

(adsgarden = window.adsgarden || []).push({});