Azərbaycan nefti ucuzlaşıb


Digərləri 01 Okt 2019 23:12:00 282 0

Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 30-da 63,36 dollar/barel təşkil edib

Bakı. Kəmalə Məmmədli - CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 30-da 63,36 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,97 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 62,59 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,73 dollar/barel azdır. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 57,63 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,61 dollar/barel azdır.