Rusiya və İran prezidentləri arasında danışıqlar


Dünya 01 Okt 2019 23:03:00 241 0

Rusiya və İran prezidentləri arasında danışıqlar

Rusiya ilə İran prezidentləri - Vladimir Putin və Həsən Ruhani Fars körfəzi regionunda təhlükəsizliyi təmin etməklə bağlı müzakirə aparıblar.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə İran Prezidentinin rəsmi saytı xəbər yayıb.

Bildirilir ki, söhbət çərçivəsində tərəflər ABŞ-a son səfəri zamanı Ruhaninin təqdim etdiyi İranın Hörmüz Boğazındakı təhlükəsizlik təşəbbüsünü, ikitərəfli münasibətləri və nüvə sazişini müzakirə ediblər.

Ruhani, digər tərəflər vasitəsilə nüvə sazişinin həyata keçirilməsində Rusiyanın vacib rolunu qeyd edib, Fars körfəzi və Hörmüz boğazındakı vəziyyətdən danışaraq, İslam Respublikasının bölgədə sabitlik və barışı, habelə naviqasiya azadlığını təmin etdiyini bildirib. O, həmçinin əlavə edib ki, Hörmüz Təşəbbüsünün məqsədi, enerji resurslarının təhlükəsizliyini, boğazdan neftin sərbəst nəqlini təmin etməkdir.

RİA Novosti xəbər verir ki, Rusiya dövlətinin başçısı öz növbəsində, nüvə sazişini dəstəklədiyini açıqlayıb və əlavə edib ki, Moskva razılaşma tərəflərinin ona tam əməl etmələri üçün səy göstərir.