Yarım ildə miqrantlar Rusiyadan Azərbaycana


Dünya 01 Okt 2019 23:04:00 295 0

Yarım ildə miqrantlar Rusiyadan Azərbaycana

2019-cu ilin ilk altı ayında Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən 417 milyon dollar göndərilib. Eyni zamanda ilin birinci rübündə Rusiyadan köçürmələr 189 milyon dollar təşkil edib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bunu Rusiyanın Mərkəzi Bankının məlumatlarında görmək olar.

Hesabatda qeyd olunur ki, Azərbaycana hər dəfə orta hesabla, təxminən, 300 dollar göndərilir.

Ümumiyyətlə, 2019-cu ilin birinci yarısında Rusiyadan MDB ölkələrinə 5,720 milyard dollar göndərilib. MDB ölkələri arasında ən yüksək göstərici Özbəkistandadır: ilin ilk altı ayı ərzində Rusiyadan bu ölkəyə 2 milyard dollardan çox pul köçürülüb.