Miqrenə səbəb olan 7 qida – Yedikdən sonra dəhşətli


Digərləri 01 Okt 2019 23:05:00 295 0

Miqrenə səbəb olan 7 qida – Yedikdən sonra dəhşətli

Miqren adi baş ağrılarından fərqlənən, müasir insanları dəhşətli simptomları ilə əsirinə çevrilən ağrıdır. 10 illərdir aparılan elmi tədqiqatlar miqrnein səbəb və malicəsini hələ ki, tapa bilmir.

Bİr çox alimlər qida ilə miqren tutmaları arasında bağlılıq olduğunu aşkarlayıb. Elə ərzaqlar var ki, konkret olaraq miqreni çağırır. Bu onların tərkibindəki tətikləyici hansısa maddə ilə bağlıdır.

Son.az medicina.az-a istinadən miqrenə səbəb ola biləcək qidaların siyahısını təqdim edir. Qeyd edək ki, bu ərzaqların hamısının hər kəsə eyni təsir etməsi mümkün deyil. Amma yüzlərlə insan üzərində aparılan araşdırma ən çox bu qidaların miqren gətirdiyini deyir. Ona görə siz bu siyahıdakı qidaları qəbul etdikdən sonra miqren olub olmamağını bir dəftərçədə qeyd edib, özünüz nəticə çıxarmalısız.

1.Pendir-   Bir sıra pendir növləri, xüsusən kifli, çox qala bilən, uzun müddətə hazırlanan pendirlər miqren triqqerlərini 3 dəfə çox çağırır. Alimlər bildirir ki, pendirin tərkibində olan tiramin qan damarlarına təsir edir və baş ağrısı yaradır.

Yüksək miqdarda tiramin olan digər ərzaqlar qurudulmuş, hisə verilmiş, marinadlaşmış qidalar, pendirlər, tofu, salyami aiddir

2.Şokolad

Plitka şokoladın tərkibində olan flavonodlər miqreni qıcıqlandırır. Amma şokolad barədə elmi fikirlər təzadlıdır. Bir qrup deyir ki, insanda şokolad yedikdən 1 sutka sonra miqren başlaya bilər. Digər qrup deyir ki, dünyada milyonlarla insan gündə şokolad yeyir, amma hamıda miqren olmur.

3.Termiki işlənmiş ət

Ət və ət məhsulları nirtay və nitritlərlə zəngin olduğu üçün miqrenə səbəb olur. Bura kolbasa, qaxac ət, vetçina, hot doq, dönər əti, bifşteks, qril və s aiddir.

Ümumiyyətlə, nitrat və nitritlər digər baş ağrılarını da qıcıqlandırır.

4.Yağlı qida

Eksperimentlər sübut edib ki, çox yağlı, piyli qida qan damarlarını genişləndirir, bu da miqren tutmaları yaradır. Gündə 100 qr-dan artıq yağlı qida yeyənlərin daha çox başı ağrıyır.

(adsgarden = window.adsgarden || []).push({});