Qısqanclıq, namus, şərəf bəhanəsi ilə doğmalarının qurbanına çevrilənlər –


Digərləri 01 Okt 2019 22:40:00 233 0

Qısqanclıq, namus, şərəf bəhanəsi ilə doğmalarının qurbanına çevrilənlər –

Qadına qarşı şiddət hadisələri hər keçən gün daha da artır. Bəs səbəbkarlar kimdir? Valideynlər, yoxsa cəmiyyət?

Niyə qadınlar, qızlar, uşaqlar ən amansız cinayətlərin qurbanı olur? Artıq cinayətə qurban gedən qadınlar heç kimi təəccübləndirmir.

Dövlət Statistika Komitəsindən bildirilir ki, təkcə 2018-ci il ərzində ölkədə 331 qadın cinayət (895 kişi) nəticəsində ölüb. Onlardan 57 nəfəri məişət zorakılığı cinayətlərinin qurbanı olub.

Son.az gencaile.az-a istinadən bildirir ki, ölən qadınların 38,4 faizi Bakı şəhərinin, 13,9 faizi Gəncə-Qazax iqtisadi rayonunun, 9,1 faizi Abşeron iqtisadi rayonunun, qalanları isə digər regionların payına düşür.

Bundan başqa, cinayət nəticəsində qadınların ölüm hallarından 214-ü (655 kişi) ehtiyatsızlıqdan, 65-i (135 kişi) qəsdən adam öldürmə, 52-si digər cinayətlər nəticəsində baş verib.

Nəzərə alsaq ki, cari ilin iyun ayında qeydə alınan altı cinayət hadisəsindən üçündə qadınlar öldürülüb, statistik rəqəmlər heç də təəccüblü deyil. Lakin onu da qeyd etmək lazımdır ki, Azərbaycanda qeydə alınan statistik nəticələr dünya ölkələrində qadın ölümləri ilə bağlı açıqlanan rəqəmlərdən qat-qat azdır.

Bəs qadınlar daha çox kimlər tərəfindən öldürülür?

Mövzu ilə əlaqədar kriminal hadisələrin işıqlandırılmasında ixtisaslaşmış jurnalist Ramella İbrahimxəlilova qadınların əksər halarda qısqanclıq zəminində keçmiş həyat yoldaşları tərəfindən öldürüldüyünü deyir:

(adsgarden = window.adsgarden || []).push({});