İmamoğlu Parisdə bu iki şəxsin qəbrini ziyarət etdi FOTO


Dünya 01 Okt 2019 22:39:00 279 0

İmamoğlu Parisdə bu iki şəxsin qəbrini ziyarət etdi  FOTO

İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu beynəlxalq toplantı üçün getdiyi Parisdə sənətçilər Ahmet Kaya ilə Yılmaz Güneyin qəbrini ziyarət edib.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, sənətçilərin məzarı üstə qərənfillər düzən İmamoğlu "Arzu edərdik ki, qəbirləri öz vətənlərində olsun, orada ziyarət edək" deyib:

"Parisə gəlib bu iki qəbri ziyarət etmək mənəvi borcumuz idi. Bunu tamamladıq. Ahmet Kayanın da, Yılmaz Güneyin də məkanı cənnət olsun. Allah rəhmət eləsin!".

Xatırladaq ki, vətənindən sürgün olunan Ahmet Kaya 2000-ci ildə infarkt keçirərək Parisdə dünyasını dəyişib.