Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyeva “Pəncərədən düşən işıq” sənədli filminin nümayişində iştirak edib FOTO


Digərləri 01 Okt 2019 21:54:00 262 0

Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyeva “Pəncərədən düşən işıq” sənədli filminin nümayişində iştirak edib  FOTO

Oktyabrın 1-də Bakı Marionet Teatrında Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində "TEFİ Sodrujestvo"nun mükafatına layiq görülmüş "Pəncərədən düşən işıq" sənədli filminin nümayişi olub.

Son.az Trend-ə istinadən bildirir ki, film Heydər Əliyev Fondunun və Bakı Media Mərkəzinin dəstəyi ilə çəkilib.

Filmin baş prodüseri və ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak ediblər.

"Pəncərədən düşən işıq" sənədli filmində Xeyir və Şər arasında əbədi mübarizədən danışılır. Filmin qəhrəmanları bu suala cavab verməyə çalışırlar: Şərlə əbədi mübarizəsində Xeyrin qələbə qazanması üçün nə etmək lazımdır? Onların arasında 20 ildən çox həbsxana həyatı yaşayan və hazırda xeyriyyə təşkilatı yaratmaqla, xeyirxahlığı təşviq edən kitablar yazmaqla, hər gününü yaxşılıq etməklə başlayan şəxsi görürük. Ekran əsərinin digər qəhrəmanı əlil arabasında gəzməsinə baxmayaraq, fəal həyat tərzi keçirir - ali məktəbdə oxuyur, bal rəqsləri ilə məşğul olur, Olimpiya Oyunlarına hazırlaşır, paraşütdən tullanır, bununla da cətinliklərin öhdəsindən gələ bilir.

Filmdə valideynlər və həkimlərlə birlikdə ağır onkoloji xəstəliklərə qarşı mübarizə aparan uşaqlara xüsusi yer verilib. Uşaqları məktəbə getmək, yaşıdları ilə ünsiyyət saxlamaq imkanından məhrum edən müalicənin mürəkkəb olmasına baxmayaraq, onlar tam sağalacaqlarına inam və ümidlərini itirmirlər. "Pəncərədən düşən işıq" filminin hər bir qəhrəmanı insanları xeyirxahlıq etməyə, hər şeyin yaxşılığa doğru dəyişəcəyinə daim inanmağa və heç vaxt ruhdan düşməməyə çağırır.

Sənədli filmin nümayişi tamaşaçılarda dərin təəssürat yaradıb.

(adsgarden = window.adsgarden || []).push({});