Uşaqları necə cəzalandırmalı? – Psixoloqdan


Digərləri 01 Okt 2019 21:35:00 233 0

Uşaqları necə cəzalandırmalı? – Psixoloqdan

Sizə həm sadə və eyni zamanda bir o qədər də  mürəkkəb sual vermək istəyirəm: Övladlarınızı cəzalandırırsınızmı?

Son.az medicina.az-a istinadən bildirir ki, bu mövzu ilə bağlı bir-neçə vacib məqama toxunmaq istərdik, amma təbii ki, ən vacib olan prinsiplərdən biri cəzalar nə qədər az olsa, o qədər yaxşıdır.

1. Uşağı ona cəza verməklə təhdid etmisinizsə, o zaman bunu edin. Valideynlər bəzən "özünü pis aparsan səni dayı aparacaq" ifadələri istifadə edirlər, bu zamansa uşaq yer üzündə yaşayan bütün dayılara nifrət etməyə başlayır, yaxud deyilən sözlərə fikir belə vermir. Çünki bunun baş verməyəcəyin artıq bilir. Ona görə də cəza təhdidləriniz reallığa uyğun olmalıdır.

2. Bilmədən, istəmədən" yaşanmış hadisələrə görə cəzalandırmırlar. Hətta buna övladınız sizə kömək etmək istərkən evin ən dəyərli əşyasını sındırmağı da aiddir.

3. Səs-küy, qışqırıq  eşidərək otağa gəldiniz, lakin bu xaosu uşaqlardan hansının yaratdığını bilmirsiniz. Bu zaman edə biləcəyiniz 2 variant var: ya heç kəsə cəza vermirsiniz, yaxud hamını birdən cəzalandırırsınız. Psixologiyada belə bir prinsip var, əgər hadisənin necə baş verdiyini görməmisənsə, o zaman bir nəticəyə gəlib günahkar tapa bilməzsən.

4. Uşağınızın neqativ davranışlarına qışqıraraq reaksiya verirsinizsə, o zaman bir nəticə əldə edə bilməyəcəksiniz. Çünki bu yanaşmanızı görən uşaq neqativ davranışıları təkrarlamağa başlayacaq. Uşaq hər bir emosiyanı bir diqqət olaraq dəyərləndirir və bu səbəbdən də daha çox diqqət çəkməyə çalışır.

(adsgarden = window.adsgarden || []).push({});