İmam Səccadın davamlı olaraq ağlamasının səbəbi nə idi?


Digərləri 01 Okt 2019 21:45:00 288 0

İmam Səccadın davamlı olaraq ağlamasının səbəbi nə idi?

İmam Səccadın (ə) Əqilin uşaqlarına çoxlu məhəbbəti əlaqəsi var idi. Ondan soruşanda ki, niyə bu əmiuşaqlarını daha çox sevirsiniz? Həzrət (ə) buyurur: "Mən o günü xatırlayıram ki, (onların) Əba Abdullahları (ə) var idi, onlar üçün ürəyim yanır".

İmam Sadiq (ə) buyurur: "Çox ağlayanların sayı beş nəfərdir: Adəm, Yəqub, Yusif, Fatimeyi-Zəhra (s.ə), İmam Səccad (ə)".

İmam Səccad (ə) atası üçün 40 il göz yaşı tökmüşdür. Nə zaman qarşısına yemək qoysaydılar, ağlayardı. Bir gün nökərlərindən biri Həzrətə (ə) dedi: "Ey Peyğəmbərin (s) oğlu! Qorxuram ki, həlak olasan".

Həzrət (ə) buyurur: "Öz qəm və qüssəmi Allahın dərgahına aparıram. Allah tərəfindən elə bir şeyi bilirəm ki, siz bilmirsiniz. Mən nə zaman Fatimə (s.ə) övladlarını yada salıram, gözlərimdən yaş axır".

Bəhrani nəql edir: "O zaman ki, İmam Hüseyn (ə) Kərbəlada şəhid olur, onun kürəyində nişanə tapdılar. İmam Səccaddan (ə) soruşdular ki, bu nişanə nədir? Həzrət (ə) buyurur: "Bu, həmin azuqələrin izidir ki, onları çiyninə alır və fəqirlərin evinə aparırdı".

İbni Quluyəh nəql edir: "İmamın (ə) xidmətçilərindən biri görür ki, İmam Səccad (ə) səcdə halında ağlayır. Deyir: "Ey mənim mövlam! Qəminin sona çatmaq zamanı gəlmədimi?".

İmam (ə) buyurur: "Vay olsun sənə! Yəqub (ə) ona çatan az şeyə görə Allah dərgahında nalə çəkirdi. Halbuki, o, bircə oğlunu itirmişdi. Ancaq mən atamın və nəslimizdən olan bir dəstənın necə başlarının kəsildiyini görmüşəm".

İmam Sadiq (ə) buyurur: "İmam Səccaddan (ə) ağlamağının səbəbini soruşurlar.

Buyurur: "Məni məzəmmət etməyin. Yəqub, övladlarından birini itirir və o qədər ağlayır ki, gözləri kor olur. Halbuki, onun ölməsinə dair məlumatı yox idi.

(adsgarden = window.adsgarden || []).push({});