Yaşayış evinin həyətində 2 mərmi tapılıb (FOTO)


Digərləri 01 Okt 2019 21:25:22 308 0

Yaşayış evinin həyətində 2 mərmi tapılıb (FOTO)

Tərtərin Qapanlı kəndində 2 ədəd 60 mm-lik minaatan mərmisi (M-49) aşkar olunub.

Bakı. Tərtərin Qapanlı kəndində 2 ədəd 60 mm-lik minaatan mərmisi (M-49) aşkar olunub. Bu barədə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib. 2019-cu il 01 Oktyabr tarixində saat 10:57-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 11:22-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Tərtər rayonu, Qapanlı kəndi ərazisində mərminin tapılması barədə məlumatlar daxil olub. Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tərtər rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.