Nə zamansa Venerada yaşayış olub


Digərləri 01 Okt 2019 21:15:00 248 0

Nə zamansa Venerada yaşayış olub

Kosmik tədqiqatçılar kompüter modellərinin Veneranın keçmişdə necə olduğunu düşünməyə kömək etdiyini bildiriblər. Beləliklə, onlar 700 milyon il əvvəl orada yaşayış ola biləcəyi qənaətinə gəliblər.

Son.az ted.az-a istinadən bildirir ki, Venera Günəş sistemində bu günə qədər az öyrənilmiş planetlərdən biridir. Məhz bu amil Veneranı astronomlar və digər alimlər üçün ən maraqlı planetlərdən biri edib. Bu yaxınlarda Qoddard Kosmik Elmlər İnstitutunun əməkdaşları yeni kompüter modellərindən istifadə edərək nə vaxtsa Venerada çoxlu su olduğunu müəyyən ediblər. Bəlkə də, su iki və ya hətta üç milyard il ərzində planetdə olub. Bu halda, orada həyatın mövcudluğu ehtimalı var. Ekspertin proqnozlarına görə çox güman ki, son sakinlər təxminən 700 milyon il əvvəl planetdən yox olublar.

Alimlər, həmçinin Veneradakı temperaturun 20-50° olduğunu qeyd ediblər. Yer standartlarına görə, belə bir iqlim həyat üçün elə də uyğun deyil, lakin Venerada hər şey ola bilər.

(adsgarden = window.adsgarden || []).push({});