İstanbul üçün dəhşətli təhlükə:


Dünya 01 Okt 2019 20:39:00 252 0

İstanbul üçün dəhşətli təhlükə:

Türkiyənin İstanbul şəhəri üçün proqnozlaşdırılan böyük maqnitudalı zəlzələdən ən çox zərər görən səmtlərin adı açıqlanıb.

Son.az Publika.az-a istinadən xəbər verir ki, Mərmərə Seysmik Xəttinə ən yaxın 20 səmtin zəlzələyə hazır olması üçün xəbərdarlıq göndərilib.

Seysmik xəttə yaxın Avropa tərəfdə Avcılar, Küçükçekmece, Bakırköy, Beylükdüzü, Güngören, Zeytinburnu, Bahçelievler ve Fatih, Anadolu tərəfdə isə Kadıköy, Üsküdar, Ataşehir, Ümraniye, Maltepe, Kartal, Pendik, Sultanbeyli, Sancaktepe, Tuzla və Adalar yerləşir.

Aparılan araşdırmaya görə, İstanbulun ən qədim səmtləri Beyoğlu, Fatih, Adalar, Güngören, Bakırköy, Kadıköy və Beşiktaşdır. Mütəxəssislərin fikrincə, zəlzələdən ən çox zərər görəcək səmt Beyoğludur. İkinci sırada isə Fatih qərarlaşır.

Qeyd edək ki, Türkiyə miqyasında 6,7 milyon riskli bina var. Bunlardan 400 mini İstanbulda yerləşir.

(adsgarden = window.adsgarden || []).push({});