Ölçüsü smartfondan kiçik FƏRDİ kondisioner hazırlanıb


Digərləri 01 Okt 2019 20:31:58 228 0

Ölçüsü smartfondan kiçik FƏRDİ kondisioner hazırlanıb

"Sony" şirkətinin mühəndisləri tərəfindən ölçüsü smartfondan kiçik olan fərdi kondisioner hazırlanıb.

Bakı. "Sony" şirkətinin mühəndisləri tərəfindən ölçüsü smartfondan kiçik olan fərdi kondisioner hazırlanıb. Trend-in məlumatına görə, Yapon şirkətinin əməkdaşları 85 qram ağırlığında olan yığcam daşınan kondisioneri “Reon Pocket” adlandırıblar. Qurğu köynəyin cibinə yerləşdirilərək insanı istidə sərinlədir, soyuqda isə qızdırır. Cihaz temperaturu 8-13 selsi dərəcə aşağı sala, yaxud yüksəldə bilir. Qurğunun akkumulyatoru 1,5 saat fasiləsiz işləmək üçün nəzərdə tutulub və enerji ilə yüklənməsinə təxminən 2 saat vaxt tələb olunur.