Bacısının azyaşlı qızına təcavüz edən gəncdən


Kriminal 01 Okt 2019 20:04:00 236 0

Bacısının azyaşlı qızına təcavüz edən gəncdən

Bakıda bacısı qızına təcavüz etməkdə ittiham olunan 1993-cü il təvəllüdlü Ruslan Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, Ruslan Babayev Türkmənistan Respublikasının Aşqabad şəhərində anadan olub. O, sonradan ailəsi ilə birlikdə Azərbaycana köçüb və Bakının Binəqədi rayonunda məskunlaşıblar.

İstintaq sənədlərinə görə, Ruslan Babayev 2011-ci ildən 2016-cı ilin yay aylarına qədər olan müddət ərzində Binəqədi qəsəbəsində yerləşən fərdi yaşayış evində və Binəqədi qəsəbəsi, Novxanı yolu 351 ünvanında yerləşən "Qardaşla" mağazasının yaxınlığındakı bacısı qızı, 2004-cü il təvəllüdlü Samirə Babayevaya (ad və soyadlar şərti verilib - red.) təcavüz edib.

O, qeyri-təbii yolla dəfələrlə bacısı qızı ilə cinsi əlaqədə olub, həmçinin, bacısı qızına qarşı əxlaqsız hərəkətlər etməyə məcbur edib.

İstintaq orqanı tərəfindən Ruslan Babayevin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb və məhkəmənin hökmü ilə Ruslan Babayev 12 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasının ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Hökmdən narazı qalan Ruslan Babayev apelyasiya şikayəti verib. O, şikayətində böhtana məruz qaldığını iddia edib və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Ruslan Babayevin şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Mirzəli Abbasovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, şikayət təmin olunmayıb.