Ermənistanın keçmiş baş naziri də hədəfə alındı


Dünya 01 Okt 2019 19:49:00 306 0

Ermənistanın keçmiş baş naziri də hədəfə alındı

Ermənistanın keçmiş baş naziri Karen Karapetyanın adı cinayət işində hallanır.

Son.az Virtualaz.org-a istinadən bildirir ki. "Jamanak" nəşrinin məlumatına görə, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan istefa verdikdən sonra "Qazprom Armeniya"nın keçmiş iki baş direktoru Karen Karapetyan və Vardan Arutyunyanın işləri birdən kəskin pisləşib: "Əldə etdiyimiz məlumata görə, onların adları bu yaxınlarda açıqlanacaq bir necə cinayət işində hallanır".

Karen Karapetyan 1963-cü ildə Xankəndidə anadan olub. 2016-cı il aprelin 23-dən 2018-ci mayın 8-dək Ermənistanın baş naziri olib.