“Twitter”də özünə klub axtarır


İdman 01 Okt 2019 19:36:00 371 0

“Twitter”də özünə klub axtarır

Yaponiya millisinin sabiq futbolçusu Keysuke Honda “Twitter” vasitəsi ilə özünə klub axtarır.

Goal.az xəbər verir ki, Avstraliya təmsilçisi Melburn Viktoria-dan ayrıldıqdan sonra işsiz qalan 33 yaşlı hücumçu iki kluba çağırış edib.

O, İngiltərənin Manchester United komandasının adını işarələyərək bunları yazıb: “Mənə bir təklif verin. Pula ehtiyacım yoxdur. Amma mükəmməl bir komanda və futbolçulara ehtiyacım var”.

Honda sabiq klubu İtaliya Milan-ına isə belə müraciət edib: “Sizə hər zaman yardım etmək istəmişəm. Ehtiyacınız olanda, mənimlə əlaqə saxlayın”.

Qeyd edək ki, Honda Rusiyanın MOİK komandasında da çıxış edib.