6 yaşlı uşağı it dişlədi


Digərləri 01 Okt 2019 19:04:00 300 0

6 yaşlı uşağı it dişlədi

Zaqatalada 6 yaşlı uşağı it dişləyib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, ötən gün axşam saatlarında rayonun Yolayrıc kənd sakini, 2013-cü il təvəllüdlü Diniyev Xalid Soltan oğluna küçədə it hücum edib.

Uşaq yaxınları tərəfindən Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

X.Diniyevə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərtilə evə buraxılıb.