Keti reperdən ayrılıb milyonçu ilə sevgili oldu


Digərləri 01 Okt 2019 19:09:00 323 0

Keti reperdən ayrılıb milyonçu ilə sevgili oldu

Rusiyalı müğənni Keti Topuri reper sevgilisi Qufdan ayrıldıqdan sonra uzun müddət tək qalmaq niyyətində olmayıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, ifaçı yeni eşqə başlayıb. İyunun 8-də biznesmen Lev Denqov ad günü münasibətilə caz stilində parti təşkil edib. Gecədə səhnəyə Keti çıxaraq, sevgilisini özəl gün münasibətilə təbrik edib.

Son günlər isə müğənninin "I love you" yazaraq yayımladığı romantik fotolar diqqətdən qaçmır. Sevgililər daha sonra Avropaya istirahətə yollanıblar.

Qeyd edək ki, Lev diplomatdır və onun 35 yaşı var. Onun sərvəti 577 milyon dollar dəyərində hesablanıb.

(adsgarden = window.adsgarden || []).push({});