Kamran İmanov: Əqli mülkiyyət sisteminin inkişafı olmadan innovativ inkişaf yolu mümkün deyil (FOTO)


Digərləri 01 Okt 2019 19:00:54 245 0

Kamran İmanov: Əqli mülkiyyət sisteminin inkişafı olmadan innovativ inkişaf yolu mümkün deyil (FOTO)

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) üzv dövlətlərinin Assambleyalarının 59-cu sessiyası keçirilir.

Bakı. 30 sentyabr – 9 oktyabr tarixlərində Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) üzv dövlətlərinin Assambleyalarının 59-cu sessiyası keçirilir. Əqli Mülkiyyət Agentliyindən Trend-ə verilən məlumata görə, beynəlxalq tədbirdə ölkəmizi Agentliyin İdarə Heyətinin sədri Kamran İmanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Kamran İmanov ÜƏMT-nin Baş Assambleyasının açılış sessiyasında çıxış edib. O, Azərbaycan Respublikasının nümayəndə heyəti adından Assambleya iştirakçılarını salamlayaraq, onun səmərəli işinin fəaliyyətinin əlaqələndirilməsində ÜƏMT-nin Baş direktoru cənab Frensis Qarrinin rəhbərliyi altında Katibliyinin işini yüksək qiymətləndirib, Baş direktorun peşəkarlığı, işgüzarlığı və yüksək mədəniyyətinin təşkilatın səmərəli idarə olunmasında xüsusi əhəmiyyət kəsb etməsini qeyd edib. Agentliyin rəhbəri həmçinin doktor F. Qarrinin beynəlxalq əqli mülkiyyət sisteminin inkişafına töhfə verən, innovasiya, yaradıcılıq və davamlı inkişafı təşviq edən fəaliyyətini dəstəklədiyini bildirib. O, vurğulayıb ki, texnologiyaların təsiri altında dinamik şəkildə dəyişən dünya, yeni yaranan qlobal çağırışlar milli dövlətlərin qarşısına qlobal dəyişikliklərin mənfi nəticələrini minimallaşdırmaq və dayanıqlı inkişaf yollarını aramaq vəzifələrini qoyur. Müstəqil inkişaf yollarını axtaran və tapan Azərbaycan bu gün ölkə rəhbərliyinin başladığı islahatların yeni mərhələsindən keçir, ictimai tələblərə adekvat həyata keçirilən islahatlar gerçəkliyimizin bütün sahələrinə sirayət edir. Azərbaycanın islahatçı ölkələrin ilk onluğunda yer aldığını və aparılan islahatların sayına görə dünya ölkələri arasında birinci yerdə olduğunu xüsusi vurğulayan K.İmanov Dünya Bankının “Doing Business 2019” hesabatına görə Azərbaycanın 190 ölkə arasında 25-ci yerdə qərarlaşdığını, ölkəmizin inamlı innovativ inkişafının Ümumdünya İqtisadi Forumunun hesabatında da əks olunduğunu, həmin sənəddə Azərbaycanın “əqli mülkiyyətin qorunması” alt indeksində 36-cı, “qanunvericilik səmərəliliyi” üzrə 22-ci və “hakimiyyətin fəaliyyəti” üzrə isə 20-ci yeri tutduğunu diqqətə çatdırıb.