“Quska”ya hökm oxundu


Kriminal 01 Okt 2019 18:59:00 298 0

“Quska”ya hökm oxundu

Bakı Hərbi Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, H.Abdullayev 6 il müddətinə azadlıqdan məhrum edilib.

Digər təqsirləndirilənlər Namiq Balayev 4 il, Nazim Əliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.

Zeynəb Abdullayeva isə 4 min manat cərimə edilib.

İntiqam Süleymanov şərti azadlıqdan məhrumetmə cəzası verilib və məhkəmə zalından azadlığa buraxılıb.

Ev dustaqlığında olan digər təqsirləndirilənlərə də şərti cəza verilib.

Qeyd edək ki, prokuror çıxışında Hüseyn Abdullayevin 8 il, Namiq Babayevin 8 il, İntiqam Süleymanovun 6 il, Nazim Əliyevin 6 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Dövlət ittihamçısı, həmçinin digər təqsirləndirilənlət, keçmiş DSX əməkdaşlarına 4 il sınaq müddəti olmaqla şərti cəza, H.Abdullayevin anası Zeynəb Abdullayevanın isə 5 min manat cərimələnməsini istəmişdi.